- Baxış sayı: 62
- 26 Mart 2026 10:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

Bu gün futzal üzrə millimiz Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq. Allsport.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası Slovakiya yığmasını qəbul edəcək.
Bakı idman sarayında oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Qrupun ilk matçında Moldova yığması Yunanıstana qalib gəlib – 3:1.
18:00. Azərbaycan – Slovakiya
Hakimlər: İrina Velikanova, Yuri Neverov (Rusiya), Hikmət Qafarlı, Knyaz Əmiraslanov
Bakı idman sarayı.