- Baxış sayı: 62
- 26 Mart 2026 10:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

Futzal millimiz dünya çempionatının elit-raund mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, yığmamız Osiek şəhərindəki “Qradski vrt Arena”da Xorvatiya millisi ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. “C” qrupunun digər matçında Rusiya Slovakiyaya 7:1 hesabı ilə qalib gəlib.
Yığmamız bu gün saat 20:00-da Ruisya ilə qarşılaşacaq.
23:00 Xorvatiya – Azərbaycan – 2:0
Qollar: Luka Periç, 03:02, Franko Yelovçiç, 37:43
Hakimlər: Ancelo Qalante, Nikola Manzione, Alessandro Malfer.