- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 31
- Noyabr 21, 2024
- 0
Futzal millimiz ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək. Allsport.az xəbər verir ki, bu barədə futzal federasiyasının mətbuat katibi Mahal Məmmədov məlumat yayıb.
Onun sözlərinə görə, nazirlər kabineti yanında operativ qərargah yığmanın zalda məşq etməsinə icazə verib.
Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra isə Bakıda Yunanıstanla qarşılaşacaq. Komandamız əvvəlki oyunlarından maksimum nəticə ilə ayrılıb və artıq qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib.