- Baxış sayı: 62
- 26 Mart 2026 10:00
- Baxış sayı: 806
- Mart 30, 2026
- 0

Final mərhələsi 2022-ci ildə Niderlandda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində millimizlə bir qrupda yer alan Moldova yığması yoldaşlıq oyunları keçirib. Allsport.az xəbər verir ki, səfərdə Fransa millisi ilə qarşılaşan rəqibimiz ilk matçda 1:10 hesabı ilə yenilib.
Dünən keçirilmiş ikinci oyunda isə qələbəni moldovalılar qazanıb – 3:2.
Millimiz qrup mərhələsində Slovakiya, Moldova və Türkiyə – Yunanıstan cütünü qalibi ilə qarşılaşacaq. Qrup qalibləri və ən yaxşı göstəriciyə malik 6 komanda final mərhələsinə birbaşa vəsiqə qazanacaq.