- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Avro-2022-nin seçmə qrup mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycan millisi 3-cu qrupda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin yekununda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci il noyabrının 14-də və 17-də keçiriləcək. AVRO-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.
1-ci qrup: San Marino/Danimarka, Xorvatiya, Albaniya, Ukrayna;
2-ci qrup: Bolqarıstan/Ermənistan, Fransa, Gürcüstan, Rusiya;
3-cü qrup: Türkiyə/Yunanıstan, Azərbaycan, Slovakiya, Moldova;
4-cü qrup: İngiltərə/Şimali Makedoniya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina;
5-ci qrup: İsrail/Kipr, Qazaxıstan, Macarıstan, Belarus;
6-cı qrup: İsveçrə/Almaniya, İspaniya, Latviya, Sloveniya;
7-ci qrup: Monteneqro/Litva, İtaliya, Belçika, Finlandiya;
8-ci qrup: Polşa, Portuqaliya, Norveç, Çexiya
Oyun günləri
2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)
6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021.