- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Son illər ərzində ölkəmizdə bədii gimnastika sürətlə inkişaf edir. Yerli məşqçilərin yetişdirilməsi bu inkişafın göstəricisidir. Allsport.az saytı xəbər verir ki, 2002-ci ildə yenidən qurulan Azərbaycan gimnastika federasiyası inkişafın ilk mərhələsində xarici məşqçilərlə əməkdaşlıq edirdisə, bu gün bizdə yetişmiş yerli mütəxəssislərin təcrübəsindən xaricdə bəhrələnirlər.
2014-cü ildə istifadəyə verilmiş Milli gimnastika arenasına dünyanın bir çox ölkələrindən xarici komandalar təlim-məşq toplanışlarına gəlir, məşqçilərimiz xarici ölkələrdə çalışmaq üçün müxtəlif dəvətlər alırlar. Belə ölkələrdən biri də Misirdir.
AGF ilə MGF arasında dost münasibətləri və sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq nəticəsində bədii gimnastika üzrə yığma komandamızın məşqçisi Jalə Qaratova qarşı tərəflə müqavilə imzalayıb. Anlaşmaya əsasən, o bu ölkənin bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Tokio-2020 yay Olimpiya oyunlarına hazırlaşdıracaq.
J.Qaratova 2009-2013-cü illərdə bədii gimnastika üzrə yığma komandanın üzvü olub. İdmançı karyerasını bitirdikdən sonra 2013-cü ildən etibarən gənclərdən ibarət qrup hərəkətləri komandaları ilə çalışıb. Onun yetirmələri Avropa çempionatının mükafatçıları olub və dünya çempionatının finalına vəsiqə qazanıblar.