- Baxış sayı: 36
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Parisdə cüdoçular arasında mötəbər “Böyük dəbilqə” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, dünən Rüstəm Orücovun (73 kq) sayəsində 1 gümüş medal qazanan millimiz, bu gün də mükafata yaxın olub.
100 kq-da mübarizə aparan Elmar Qasımov «A» qrupunda lider olub. Yarımfinalda idmançımız brazaliyalı Rafael Buzakariniyə uduzub. 3-cü yer uğrunda görüşdə, millimizin üzvü nidarlandlı Mixael Korrelə yenilib.
Bu çəkidə çıxış edən digər təmsilçimiz Elxan Məmmədov öz qrupunda son anda büdrəyib. Təssəlliverici görüşdə dünya çempionumuz Elmar Qasımovun bürünc medal üçün görüşdüyü Mixael Korrelə uduzaraq, 5-ci olub.
Rio-2016-ya lisenziya xalları verən yarışda Abdulhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi – 90 kq) və Uşangi Kokauri (+100 kq) yarışla çox erkən vidalaşıblar.
Qeyd edək ki, «Böyük dəbilqə»də ilk 5 yeri tutanlar müvafiq olaraq 500, 300, 200, 100 xal qazanıblar.