- Baxış sayı: 235
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Azərbaycan gimnastları XVIII Avropa gənclər yay olimpiya festivalında iştirak etmək üçün Xorvatiyanın Osiek şəhərindədirlər. Allsport.az xəbər verir ki, gənc idmançılarımız artıq mehmanxanada məskunlaşıblar.
MOK-dan verilən məlumaya görə, ötən gün milli olimpiya komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev idman gimnastlarımızla görüşüb. O, idmançılarla söhbət edib və mövcud şəraitlə maraqlanıb. Eyni zamanda məşqçilərlə də fikir mübadiləsi aparan MOK nümayəndəsi komandamıza yarışlarda uğurlar arzulayıb.
Avropa gənclər yay olimpiya festivalı çərçivəsində idman gimnastikası yarışlarına iyulun 22-də start veriləcək. Yarışlar “Qradski Vrt” zalında təşkil olunacaq.