- Baxış sayı: 51
- 15 Yanvar 2025 22:43
- Baxış sayı: 109
- Yanvar 17, 2025
- 0
Monqolustan paytaxtı Ulan-Batorda cüdo üzrə qran-pri yarışı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü Azərbaycan millisi daha bir medal qazanıb.
73 kq-da Fəqan Quluzadə 1/4 finalda Çin idmançısı Yandelixey Ba üzərində sevinib. Lakin Quluzadə yarımfinalda monqolustanlı Batgerel Battsetseqə uduzub. Eyni çəkidə mübarizə aparan digər təmsilçimiz Telman Vəliyev rusiyalı Leo Foqelə uduzaraq təsəlliverici görüşə qatılıb. O, qazaxıstanlı Nurlan Orazalinlə qarşılaşmadan qalib ayrılıb. Bürünc medal uğrunda görüşdə Quluzadə və Vəliyev üz-üzə gəlib. Azərbaycan qarşsdurmasında Fəqan Quluzadə olub. Telman Vəliyev 5-ci yerlə kifayətlənib.
81 kq çəki dərəcəsində mübarizə aparan Afiq Səfərli isə 3-cü yer uğrunda görüşdə cənubi koreyalı Von Yun Yunqa uduzaraq Qran-Pridə 5-ci yeri tutub.
Xatırladaq ki, yarışın ilk günündə Davud Məmmədov 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.