Naxçıvanda beynəlxalq turnirə son

Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə bədii gimnastika üzrə “Təbiətin lütfü” beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bölgədə bu idman növü üzrə ilk dövlətlərarası yarışda Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 300-dək idmançı çempion adı uğrunda mübarizə aparıb.

Naxçıvan olimpiya idman kompleksində paytaxt və bölgələri (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) təmsil edən 20 klubdan kiçikyaşlı, yeniyetmə və gənc qatılıblar.

Kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edən gimnastlar müxtəlif alətlərlə və alətsiz hərəkətlərin icrasında qalibləri müəyyənləşdiriblər.

Həmin kateqoriyadan