- Baxış sayı: 55
- 28 Mart 2025 10:33
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
AFFA və NFF-in birgə təşkilatçılığı ilə yerli futzal hakimləri üçün seminar olub. Allsport.az saytı xəbər verir ki, AFFA hakimlər departamentinin üzvləri tərəfindən referilər üçün nəzəri və praktiki məşğələlər keçirilib, oyun qaydalarında edilən yeniliklər haqda məlumat verilib. Sonra seminar iştirakçılarına yeni geyim dəstləri hədiyyə olunub.
Hazırda Naxçıvan muxtar respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar arasında futzal turniri keçirilir. 17 komanda 4 qrupda mübarizə aparır. Qrup mərhələsi çərçivəsində 2 tur arxada qalıb. Həftəsonu isə 3-cü turun matçları keçiriləcək.