Naxçıvanda İlham Əliyev adına Olimpiya İdman Kompleksində cüdo camiyəsi üçün seminar keçirilib

ACF-in təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında cüdo məşqçiləri və idmançılar üçün seminar keçirilib. Allsport.az saytı xəbər veir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminara Muxtar Respublikanın perespektivli cüdoçuları və məşqçi müəllimlər qatılıblar. ACF-in baş katibin müavini Sahib İsmayılov, “Regionlarda cüdonun inkişafı” sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar.

Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prossesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb. Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli bu ilin yanvar ayında Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktiki olaraq izah edib.

Artıq ənənə halını almış və bütün bölgələrdə keçirilən seminarlarda əsas məqsəd Azərbaycanda cüdonun daha da inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğun olmasıdır.

Həmin kateqoriyadan