- Baxış sayı: 210
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Polşanın Zabrze şəhərində idman gimnastikası üzrə “Barborka kuboku” keçirilib.
Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu yarışda Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə təmsil ediblər.
Gənclərdə çıxış edən adı ilk çəkilən idmançımız çoxnövçülükdə 48.665 xal qazanaraq, 1-ci yer tutub.
Duyğu Məcidzadə və Məryəm Musayeva müvafiq olaraq 6-cı və 9-cu olublar.