- Baxış sayı: 41
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Nazim Umbayev paraolimpiya oyunlarının cüdo yarışlarında hakimlik edəcək
Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev 5-7 sentyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək paralimpiya oyunlarında ədalət təmsilçiləri sırasına dəvət alıb.
Nazim Umbayev 2017-ci ildə “B” kateqoriyalı, 2022-ci ildə “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən beynəlxalq cüdo federasiyasının təşkilatçılığı ilə dünya cüdo turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir. Nazim Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu yerdə gedir.