- Baxış sayı: 75
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, milli komandamızın heyətində yer alan “Neftçi İdman Klubu”nun cüdoçuları Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) reytinq cədvəlində liderliyini qorumağı bacarıblar.
Onlar öz çəkilərində yenə də hamıdan öndədilər. “Neftçi İdman Klubu”nun daha bir üzvü Elmar Qasımov (100 kq) isə 2-ci yerdə gedir.
Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.