Nicat Şıxəlizadə “Böyük dəbilqə”də 2-ci yer tutdu və 700 əmsal xalı qazandı

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə” turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, millimiz ilk gündə 1 medal qazanıb.

66 kq-da Nicat Şıxəlizadə 2-ci yerlə kifayətlənib. 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı rəqabərdə Azərbaycan seçməsi 11 nəfərlə təmsil olunur.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan