Nicat Şıxəlizadə «Qızıl liqa»nın qalibi, Rüstəm Orücov bürünc mükafatçısı oldu

Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın «Sagaredjo FF Superstars» klubunun heyətində «Qızıl liqa»nın qalibi olub. Allsport.az saytı xəbər verir ki, Qroznıda keçirilən yarışda qonşularımız öncə «Sportinq»i (Portuqaliya) 3:2, sonra «Abensberq»i (Almaniya) 5:0 məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə «Yavara Neva»nı (Rusiya) üstələyib – 3:2

Millimizin olimpiya mükafatçısı Rüstəm Orücov (73 kq) mükafatsız qalmayıb.  Bütün çəki dərəcələrinin əmsalda şəksiz öndəri «Sportinq»lə bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda portəgizlər «Edelveys» (Qroznı) və «Nalçik» (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib.

Həmin kateqoriyadan