- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu il Bakıda gimnastikanın müxtəlif növləri üzrə 8 beynəlxalq turnir keçiriləcək. Allsport.az xəbər verir ki, 2020-ci ilin ilk beynəlxalq yarışı batut gimnastikası və tamblinq üzrə dünya kuboku turniridir.
Federasiyanın baş katibi Nurlana Məmmədzadə milli gimnastika arenasının dünya kuboku yarışlarına tam hazır olduğunu deyib:
“Qazaxıstan, Gürcüstan və Yeni Zelandiya komandaları artıq Bakıdadır. Onlar təlim-məşq toplanışında iştirak edirlər. Turnirdə 30 ölkədən 150 idmançı iştirak edəcək. Batut yarışlarında olimpiya mükafatçılarının iştirakı gözlənilir. Gimnastika arenası turnirə hazırdır. Bundan əlavə, bu il Bakıda 8 beynəlxalq turnir baş tutacaq”.
Dünya kubokunun batut yarışlarında ölkəmizi Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcəklər.