“Ocaq Sport Club” ilk final gününü 3-cü yerdə biritdi

Yaponiya paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışda 23 ölkənin 25 klubunu təmsil edən 75 gimnast mübarizə aparır.

Azərbaycanı çempionatda təmsil edən “Ocaq Sport Club” komandası Rusiyanın “Qazprom”, Belarusun “Dinamo”, Ukraynanın “Deryuginlər məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılıblar.

Gərgin keçən idman mübarizəsindən sonra final mərhələsinin birinci gününü yuniorka gimnast Jalə Piriyeva dördüncü, sinyorka Marina Durunda isə altıncı yerdə başa vurublar. Həmin günün nəticələrinə görə komandamız 98.981 balla üçüncü yerdə qərarlaşıb.

“Ocaq Sport Club”un baş məşqçisi Marianna Vasilyeva Azərtac-ın xüsusi müxbirinə bildirib ki, qızlarımızın çıxışı uğurlu alınıb və ümid edirik ki, budəfəki klublararası dünya çempionatında daha üstün yer əldə edəcəyik. Dünyanın bədii gimnastika üzrə ən güclü komandalarının qatıldığı çempionat oktyabrın 4-də başa çatacaq.

Həmin kateqoriyadan