- Baxış sayı: 64
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Avqustun 23-24-də Azərbaycanın cüdo üzrə olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Səlim Kotsoyev Xankəndi, Şuşa, Laçın və Füzuli şəhərlərinə səfər ediblər.
Allsport.az xəbər verir ki, idmançılar əvvəlcə Xankəndidə Qarabağ universitetini ziyarət edərək ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat alıblar. Daha sonra Xankəndi stadionuna baş çəkib görülən tikinti işlərini izləyiblər. Olimpiya çempionlarımız Şuşa şəhərinə səfər zamanı sakinlər və məktəblilərlə görüşüb, Cıdır düzünü və Şuşa qalasını ziyarət edib, gənclərlə səmimi söhbət aparıb, onlara imzalı şəkillər hədiyyə ediblər.
Səfərin ikinci günü olimpiya çempionları Laçın şəhərinin Seyrangah ərazisində məktəblilərlə, ardınca Həkəri çayı sahilində gənc idmançılarla görüşüblər.
Səfər çərçivəsində idmançılar Füzuli şəhərindəki 1 nömrəli məktəbdə də olublar. Məktəbin idman zalı ilə tanışlıqdan sonra məktəblilərlə görüş keçirilib, onlar arasında viktorina və müxtəlif yarışmalar təşkil edilib.