- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Dekabrın 21-də 17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.
Allsport.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.
Abşeron olimpiya idman kompleksində reallaşan turnirdə oğlanlar arasında 8, qızlarda isə 7 kollektiv qüvvəsini sınayıb.
Oğlanların mübarizəsində Bakı şəhəri 2 nömrəli RİOEUGİM baş mükafata sahib çıxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM gümüş medallara yiyələnib. Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ və “Judo Club 2020 İK” komandaları III yeri tutublar. ![]()
Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Bakı şəhəri 13 nömrəli İOEUGİM komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. RKİM ikinci yerin sahibi olub. Sumqayıt şəhəri 2 nömrəli UGİŞM və “Judo Club 2012” komandaları bürünc mükafatlara yiyələniblər.