Ölkə çempionatının qalibləri
31 mart 2026 / 17:29 Baxış sayı: 29 Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, yarış ilk dəfə paytaxtdan kənarda – Gəncə idman sarayında təşkil olunub.
Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan şahmat federasiyasının prezidenti, beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb
Müxtəlif yaş kateqoriyalarında qalib və mükafatçıları təqdim edirik.
8 yaşadək oğlanlar:
- Ziya Qubatov (Quba)
- Məhəmməd Mirzəyev (Bakı)
- Kəmaləddin Hüseynov (Bakı)
- Suad Rəhimli
8 yaşadək qızlar:
- Əminə Əmənzadə (Bakı)
- Selin Məmmədova (Gəncə)
- Aylin Abbaslı (Şamaxı)
10 yaşadək oğlanlar:
- Nurlan Qənizadə (Bakı)
- Kənan Babasoy (Bakı)
- Daniel Konovalov (Bakı)
10 yaşadək qızlar:
1.Nurcan Tahirova (Gəncə)
- Banu Məmmədzadə (Bakı)
- Şəms Carçılı (Qazax)
12 yaşadək oğlanlar:
- Səfa Hümmətov (Bakı)
- Kamran Babayev (Bakı)
- Nurlan Əzizli (Sumqayıt)
12 yaşadək qızlar;
- Mehriban Əhmədli (Gəncə)
- Xanımzar Hümmətli (Sumqayıt)
- Sadəgül Əfəndi (Bakı)
14 yaşadək oğlanlar;
- Şəmsi Qaraxanov (Bakı)
- Yaşar Şirinov (Bakı)
- Suat İbrahimli (Bakı)
14 yaşadək qızlar;
- Zəhra Allahverdi (Mingəçevir)
- Leyla Mirzəliyeva (Sumqayıt)
- Fatimə Mirzəliyeva (Sumqayıt)
16 yaşadək oğlanlar;
- Paşam Əlizadə (Bakı)
- Elçin Şəkərəliyev (Sumqayıt)
- Hüseyn Qurbanov (Gəncə)
16 yaşadək qızlar;
- Lalə Hüseynova (Bakı)
- Əsnad Vəliyeva (Bakı)
- Ayan Hüseynli (Bakı)
18 yaşadək oğlanlar;
- Tunar Davudov (Bakı)
- Rüstəm Rüstəmov (Sumqayıt)
- Fərid Orucov (Sumqayıt)
18 yaşadək qızlar;
- Nərmin Abdinova (Bakı)
- Nurtən Nuriyeva (Sumqayıt)
- Leyla Budaqova (Gəncə)
Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2.000 AZN-dək maddi dəstək göstəriləcək.