- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bakı İdman Sarayında cüdoçuların Azərbaycan çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün yarışın açılışında gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, son illər ölkəmizdə cüdonun inkişafda olduğunu deyib. Bildirib ki, 2016-cı il Azərbaycan idmanı üçün əlamətdar olub. Olimpiyaçılarımız Rio-2016-da uğurlu nəticə göstəriblər: “Qazanılan 18 medalda Azərbaycan cüdoçularının da öz payı var. Olimpiadada cüdoçularımız iki gümüş medal əldə ediblər. Azərbaycanda populyar idman növlərindən olan cüdo ilə müxtəlif regionlarda xeyli sayda gənc məşğul olur. Bu, cüdonun Azərbaycanda inkişafda olduğunu deməyə əsas verir”.
Cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli 400-dək kişi və qadın cüdoçunun qatıldığı ölkə çempionatının gərgin və maraqlı idman mübarizəsi şəraitində keçiriləcəyinə əminliyini ifadə edib. Federasiyanın ölkəmizdə cüdonun kütləviliyinə çalışdığını vurğulayan olimpiya çempionu, bu baxımdan ölkə çempionatının rolunu yüksək qiymətləndirib. Sonra çempionat açıq elan edilib və Azərbaycanın dövlət himni səsləndirilib. Ölkə çempionatında 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayır.