- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İyulun 22-23-də Minskdə Avropa kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaq Azərbaycan cüdoçuları üçün Budapeştdə dünya çempionatı ərəfəsində son hazırlıq mərhələsi olacaq.
Belarusa baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi – 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri və Elxan Məmmədov (+100 kq) yola düşəcəklər.
Qadınlarda baş məşqçi Elçin İsmayilovun rəhbərliyi ilə Bazarrça Ərdənəbat (48 kq), Səkinə Zairova (57 kq), Gülsədəf Kərimova, Nuriyyə Axundova, Kristina Jukavets (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaqlar.