- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Romada cüdoçuların Avropa açıq çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı yarışın ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.
60 kq-da Oruc Vəlizadə ilk görüşündə hollandiyalı Roy Koffijberqi, sonra Koreya cüdoçusu Hyuk Çoiyi məğlub edib. O, 1/4 finalda rusiyalı İslam Yaşuyevə uduzaraq təsəlliverici görüşə qatılıb.
Bu mərhələdə qırğızıstanlı Argen Bakytbekə qalib gəlib. 3-cü yer uğrunda görüşdə isə Fransa təmsilçisi Riçard Vergnesi məğlub edərək, bürünc medala sahib olub.