Osimhen əməliyyat olundu

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen qolundan əməliyyat olunub.

Allsport.az xəbər verir ki, nigeriyalı forvard çempionlar liqasının 1/8 final mərhələsinin “Liverpul”la cavab oyununda (0:4) zədələnib.

Matçın ilk hissəsində rəqib müdafiəçi İbrahima Konate ilə hava mübarizəsi zamanı biləyindən zədə alan 27 yaşlı futbolçu fasilədə əvəzlənib. Tibbi müayinələr nəticəsində onun mil sümüyündə sınıq aşkarlanıb və cərrahi müdaxiləyə qərar verilib.

Klubdan verilən məlumata görə, əməliyyat uğurla keçib. Futbolçunun bərpa müddəti barədə dəqiq məlumat verilməsə də, onun yaşıl meydanlara qayıtmasının təxminən 4-6 həftə çəkəcəyi gözlənilir.

Osimhen cari mövsümdə “sarı-qırmızılar”ın heyətində keçirdiyi 29 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan