“Oyunumuzda sürət artmışdı”

“Araz-Naxçıvan” çempionlar liqasının ilkin mərhələsində Estoniya çempionu “Sillamae Silla”ya 7:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov açıqlama verib:

“Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar.

Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.

Həmin kateqoriyadan