- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Azərbaycan cüdoçuları avqustun 28-dən Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşqdə iştirak edirlər.
Allsport.az saytı xəbər verir ki, Avropa cüdo birliyinin təşkilatçılığı ilə sentyabrın 7-dək davam edəcək hazırlığa ev sahibləri ilə yanaşı, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Türkiyə, Finlandiya, Yunanıstan, Moldova, Küveyt, Tanzaniya və İsraildən 400-ə yaxın idmançı qatılıb.
Toplanışında bizdən 27 nəfər iştirak edir. Komandaya ACF-in vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, 1-ci məşqçi Riçard Trautman, böyük məşqçilər Mehman Əzizov və Slavko Tekiç rəhbərlik edirlər.
Proses, 22-24 sentyabrda Bakıda keçiriləcək “Böyük dəbilqə”yə və Fransanın Monpelye şəhərində fərdi Avropa çempionatına hazırlıq məqsədi daşıyır.