- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Paracüdo üzrə kişilərdən ibarət milli komanda 15-29 avqustda Xaçmaz olimpiya idman kompleksində təlim-məşq toplanışı keçirəcək.
Allsport.az xəbər verir ki, toplanışda İlham Zəkiyev, İsmayıl Muradov, Saleh Sultanov, Mehman Hüseynov, Əbdülrəhman Rzazadə, Məhəmməd Ələkbərov, İlkin Nəsibov və Cavad Cavadov iştirak edəcəklər.
Milli komandaya təlim-məşq toplanışı müddətində baş məşqçi İbrahim İbrahimov rəhbərlik edəcək.