- Baxış sayı: 67
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, IJF sıralamada 17-18 oktyabrda Parisdə keçirilən «Böyük dəbilqə»də yığılan xalları da nəzərə alıb.
Fransa paytaxtında 1 gümüş medal qazanan Azərbaycan millisi bəzi çəkilərdə mövqeyini qoryuyub. Reytinqdə 2 cüdoçumuz – Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) liderliklərini davam etdirirlər. İdmançılarımızını müvafiq olaraq 2207 və 2330 balları var.
Yığmamızın digər üzvləri Orxan Səfərov (60 kq) 2034 xalla 2-ci pillədə yer alıb. Bu çəkidə İlqar Müşkiyev 24-cüdür (696). Fransadakı «Böyük dəbilqə»də 5-ci olan Nicat Şıxəlizadə (66 kq) 1342 xalla 7-ci pilləyə yüksəlib. Bu çəkidə Tərlan Kərimov 33-cüdür (520).
81 kq-da Abdulhaqq Rəsullu 77-ci (190), 90 kq-da Məmmədəli Mehdiyev 39-ci (453), Ramin Qurbanov 47-ci (364) sıralarda qərarlaşıblar.
Dünya çempionu Elxan Məmmədov (100 kq) 745 balla 22-ci yerdədir. Ən ağır çəkidə mübarizə aparan Uşanqi Kokauri 40-cıdır (433).