Paris “Böyük dəbilqə”sinin ilk günündə 3 cüdoçumuz bürünc medal qazanıb

Bu gün Parisin ACCORHOTELS arenasında cüdoçuların “Böyük dəbilqə”sinə start verilib. Allsport.az saytı xəbər verir ki, 63 ölkədən 459 idmançının qatıldığı yarışın ilk günündə millimiz 3 bürünc medal qazanıb. Bunlar Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərovdur (73 kq).

Bu yarışda diqqət çəkən məqam adı son qeyd olunan çəkidə 3-cü yer üçün görüşdə, Rio-2016-nın gümüş medalçısı Rüstəm Orucovla gənclər arasında dünya və Avropa birinciliklərinin mükafatçısı Hidayət Heydərovun tutaşması olub. Gərgin mücadilədə sonuncu “vazari” ilə titullu komanda yoldaşını üstələyib.

Həmin kateqoriyadan