- Baxış sayı: 36
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 131
- Yanvar 19, 2025
- 0
O, Olimpiada-2020-yədək Azərbaycanda işləmək istəyir
Milli komandamızın keçmiş baş məşqçisi Peter Zeyzanbaherin dünən paytaxa gəlişi barədə xəbər vermişik. Yeni ACF rəhbərliyi onu yenidən yığma komandamızın sükanında olmasında israrlıdır. Səfər çərçivəsində avstriyalı mütəxəssis Cüdo federasiyasının vitse-prezidenti Sadıq Sadıqovla görüşüb.
Söhbət əsnasında, qonaq bir sıra təklif irəli sürüb. Onlardan biri ilə «Neftçi» İdman klubunun sədri razılaşmayıb. Bu, Zeyzanbaherlə 2020-ci ilədək olan anlaşmadır. Çünki avropalı çalışdırıcı indiki olimpiya siklində nəticəyə söz vermir. Hələlik söhbət açıq qalıb, amma həll olunmaq üzrədir.
Qurban bayramı ilə əlaqədar Azərbaycanda dövlət idarələri işləmədiyi üçün, millimizin keçmiş baş məşqçisi vətəninə dönəcək. Həftə sonu o yenidən paytaxta gələrək, ACF-in prezidenti Rövnəq Abdullayevlə görüşüb, rəsmi müqaviləyə qol çəkəcək.