- Baxış sayı: 68
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0

Yenidən Azərbaycanın cüdo üzrə yığma komandasının baş məşqçisi təyin olunan Peter Zeyzenbaher bu təyinatı ilə bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, millimizin köhnə-yeni çalışdırıcısı bu gün baş tutan təqdimat mərasimində bunları söyləyib:
“Uzun müddət idi burada yox idim. Qarşıda bizi Rio Olimpiadası gözləyir. Bütün məşqçilər gücünü bir yerə qoysa, məqsədə çata bilərik. Cüdoçularla söhbət etmişəm. Zədəli idmançılar var. Bütün çatışmazlıqları aradan qaldırıb, hazır vəziyyətdə oyunlara hazırlaşacağıq”.