- Baxış sayı: 36
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 131
- Yanvar 19, 2025
- 0
Onun təklifləri qəbul olunsa, avstriyalı mütəxəssis yenidən millinin başına keçəcək
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Cüdo federasiyasının rəhbərliyində dəyişikliklər baş verib. MOK-da təşkil olunan toplantıda ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qurumun prezidenti seçilib. «Neftçi» İdman Klubunun sədri Sadıq Sadıqov, olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın əməkdaşı Mikayıl İsmayılov vitse-prezident prezidentlər və Elmar Babanlı baş katib olub.
Yüksək postda dəyişikliklərdən sonra sirr deyildi ki, növbəti islahatlar məşqçilər heyətində baş verəcəkdi. Allsport.az saytına daxil olan məlumata görə, yeni rəhbərlik sabiq baş məşqçi Peter Zeyzenbaheri Azərbaycana dəvət edib. Astriyalı mütəxəssisin millinin sükanı başına keçməsini ən çox istəyən komandanın aparıcı üzvlərindən olan Elxan Məmmədovdur. Çünki o, məhz bu çalışdırıcının dönəmində dünya çempionu olub.
Peter Zeyzenbaheri yaxın 2-3 gündə ölkəmizə gələcək və rəhbərliklə müqavilənin detallarını müzakirə edəcəklər. Məşqçinin təklifləri qəbul olunsa, o, yenidən Azərbaycanda işləyəcək.