“Pitsburq”un heyətində rekordunu yeniləyib

NHL-in müntəzəm çempionatı çərçivəsində keçirilən “Pitsburq Pinqvinz” – “Karolina Harrikeynz” matçında meydan sahiblərinin yeganə qolunun müəllifi Yeqor Çinahov olub.

Allsport.az xəbər verir ki, qarşılaşma “Karolina”nın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qol Çinahov üçün cari mövsümdə 16-cı şayba olub. Bununla da 25 yaşlı hücumçu NHL-dəki şəxsi qol rekordunu (2023/24 mövsümü, 16 qol) təkrarlayıb. Rusiyalı forvard hazırkı mövsümdə keçirdiyi 61 matçda 31 (16+15) xal toplayıb.

Yeqor Çinahov ötən ilin dekabrında “Kolambus Blü Cekets”dən “Pitsburq”a transfer olunub.

Həmin kateqoriyadan