- Baxış sayı: 19
- 24 Mart 2026 15:23
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva karyerasını davam etdirmək üçün üstünlük verdiyi klubu müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, müqaviləsi bu yay başa çatacaq 31 yaşlı portuqaliyalı ulduz “Barselona”ya keçmək niyyətindədir.
Məlumata görə, transfer danışıqlarında vasitəçi qismində oyunçunun agenti Jorje Mendeş çıxış edir. O, artıq müştərisinin xidmətlərini Kataloniya təmsilçisinə təklif edib.
Silvanın ustalığını yüksək qiymətləndirməsinə baxmayaraq, “Barsa”nın rəhbərliyi hələlik ehtiyatlı davranır. Klub bu sövdələşməni cəlbedici hesab etsə də, hazırda həmin mövqedə oyunçu bolluğunun olduğunu diqqətə çatdırıb.