Praktiki cüdo dərsləri

Azərbaycan idman akademiyası (ASA), Azərbaycan cüdo federasiyası (ACF) və Böyük Britaniyanın Hertfordşir universiteti arasında bağlanan üçtərəfli anlaşma memorandumuna əsasən, akademiyada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan I və II kurs tələbələri üçün növbəti nəzəri və praktiki cüdo dərsləri keçirilib.

Allsport.az xəbər verir ki, tədris prosesi müvafiq cədvələ uyğun olaraq ACF-in təlim-məşq mərkəzində baş tutub. Hertfordşir universitetinin professoru Mayk Kallenin rəhbərlik etdiyi layihəyə həm xarici, həm də yerli ekspertlər cəlb olunub.

Tələbələr dərslərdə beynəlxalq məşqçilik standartlarına uyğun proqram əsasında biliklər əldə edib və praktiki bacarıqlar qazanıblar.

Həmin kateqoriyadan

azenrutr