- Baxış sayı: 72
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçuların Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü də bizim üçün uğurlu olub.
Elçin İsmayılovun komandasından ağır çəkililər Zelim Kotsoyev və Musa Şəkərəliyev (100 kq) həlledici görüşə qədər uduzmayıblar.
Gərgin keçən Azərbaycan finalında adı ilk çəkilən təmsilçimiz qalib gəlib. Yarışın ilk günündə millimiz nə az, nə çox, 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.
Qeyd edək ki, 27 ölkədən 308 idmançının qatıldığı yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.