- Baxış sayı: 34
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan cüdo federasiyası “Hakimlik fəaliyyətində özünəinam hissinin əhəmiyyəti” mövzusunda seminar təşkil edib. Allsport.az saytı xəbər verir ki, təlimdə psixoloq Aytac Sahilin iştirakı ilə hakimlik fəaliyyəti zamanı yaranan münaqişəli vəziyyətlər və hakimlərin özünəinam hissini münaqişəli vəziyyətləri idarəetmədə rolu haqqında ətraflı müzakirələr aparılıb.
Psixoloq tərəfindən hakimlərə münaqişəli halların daha effektiv həll olunması üçün xüsusi psixoloji biliklər və effektiv vasitələr haqqında məlumat verilib.
Həmçinin hakimlər mövzu ilə bağlı öz təcrübələrini bölüşüb və daha əvvəl yaşadıqları münaqişəli vəziyyətlərdə hansı üsullardan istifadə etdiklərini bildirərək mütəxəssis tərəfindən tövsiyələr alıblar.
Təlimin məqsədi hakimlərin yerli və beynəlxalq yarışlarda yaranan münaqişəli vəziyyətləri effektiv həll etməsi və hakimlik fəaliyyətinin daha da səmərəli təşkil edilməsidir.