- Baxış sayı: 47
- 03 Fevral 2026 20:50
- Baxış sayı: 156
- Fevral 04, 2026
- 0

“Mükafatsız qaldım. Burada hamıdan çox mən medal qazanmaq istəyidim. Təəssüf ki, alınmadı”. Allsport.az saytı xəbər verir ki, bunu millimizin bayraqdarı Rüstəm Orucov (73 kq) Tokio-2020-da çıxışını dəyərləndirərkən deyib. Onun fikrincə, püşkdə bəxti gətirməyib.
“Püşkdə də bəxtim gətirmədi. 3-cü görüşdə olimpiya çempionu ilə qarşılaşmalı oldum. Həmin görüşdə bütün gücümü itirdim. Ondan sonra bərpa oluna bilmədim ki, sona qədər mübarizəni davam etdirib, 3-cü yeri tutum. Bilmirəm, bəlkə də, belə qismət idi”.
30 yaşlı cüdoçu yenidən əvvəlki hazırlıq səviyyəsini bərpa etməyə çalışacağını söyləib: “Necə olacağını bilmirəm. Hələ ki, özümə gələ bilməmişəm. Özümü toparlayıb özümə gələ bilsəm, hər kəs görəcək. Mənə dəstək olanların hamısına təşəkkür edirəm”.
Rüstəm Orucov 1/4 finalda yaponiyalı Şohei Onoya, bürünc medalüçün görüqşdə cənubi koreyalı An Çanqrimə yenilib, 5-ci yer tutub. O, Rio-2016-da gümüş medal qazanmışdı.