Qəbələdə bədii gimnastika üzrə bölgələrarası kubokda iştirakçı sayı açıqlanıb

İyulun 9-da Qəbələdə bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok keçiriləcək.

Allsport.az xəbər verir ki, olimpiya idman kompleksində təşkil olunacaq yarışda 66 gimnast məharətini göstərəcək.

Kubokda iştirakçılar arasında Şəki olimpiya idman kompleksi, “Ocaq sport” klubunun Zaqatala, Ağdaş və Şamaxı bölmələri, Oğuz olimpiya idman kompleksi, Qəbələ olimpiya idman kompleksi, Şirvan olimpiya idman kompleksi, Masallı olimpiya idman kompleksi, Gəncə olimpiya idman klubu, Abşeron olimpiya idman kompleksi, Gəncə olimpiya idman kompleksi, Lənkəran olimpiya idman kompleksi, “Kür” olimpiya tədris-idman mərkəzi, Şəmkir gənclər evi və Sumqayıt olimpiya idman kompleksi yer alacaq.

Yarışda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2013-cü il, 2012-ci il, 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcək. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedəcək.

Ötən il Lənkəranda təşkil olunan bölgələrarası kubokla müqayisədə bu il iştirak edən idman cəmiyyətləri və idmançıların sayında əhəmiyyətli dərəcədə artım nəzərə çarpır. Bu o deməkdir ki, bölgələrdə idmana, xüsusən gimnastikaya marağın artırılması istiqamətində görülən işlər öz nəticəsini verir.

Həmin kateqoriyadan