- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Qəbələdə ACF-in təşkilatçılığı ilə məşqçi və hakimlər üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantı federasiyanın hakimlər komitəsinin sədri Fariz Hüseynov tərəfindən aparılıb. Tədbirdə məşqçi və hakimlərlə yanaşı, şimal bölgəsinin yeniyetmə cüdoçuları da iştirak edib.
Fariz Hüseynov Beynəlxalq Cüdo Federasiyası tərəfindən qəbul olunan və 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək yeni qaydalar barəsində ətraflı məlumat verib. Cüdonun daim inkişafda olan yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, növbəti seminarlar noyabrın 11-də Bakıda, noyabrın 12-də isə Gəncədə keçiriləcək.