“Qəbələ”nin kapitanı: «Top qapıdan keçmədi ki, keçmədi»

“Qəbələ” klubunun kapitanı Dodo Avropa Liqasının həlledici mərhələsinin «C» qrupunda evdə Yunanıstan PAOK-u ilə 0:0 hesabı ilə başa çatan oyun barədə açıqlama verdi. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçisi, KİV nümayəndələri ilə görüşdə bəxtlərinin gətirməməsindən gileyləndi:

«Heç də pis oynamadıq. Əlbəttə, biz də bu matçda qələbəyə köklənmişdik. Hərdən elə olur ki, qol imkanların çox olsada, bundan yararlana bilmirsən. Bəzən isə, heç də yaxşı futbol göstərmədiyin halda qollar vurursan. Biz bu gün yaxşı oynadıq. Sadəcə, top qapıdan keçmədi ki, keçmədi».

Həmin kateqoriyadan