- Baxış sayı: 39
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 168
- Yanvar 19, 2025
- 0
Qadın cüdoçulardan ibarət millimiz kişi komandamızla birgə Çex Respublikasının Nimburq şəhərində beynəlxalq təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, baş məşqçi İbadulla Şahbanov hazırlığa 8 idmançı cəlb edib.
Bunlar Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova, Nuriyə Axundova (63 kq), Validə Mirzəzadə, Nərgiz İbrahimovadır (70 kq).
Seçmə komandamız 20-22-də Tiflisdə keçiriləcək böyük mükafat turnirində iştirak edəcək. Sonra bu heyət 26-27 martda Türkiyənin Samsun şəhərində eyni yarışda qüvvəsini sınayacaq.