Qadirova dünya çempionu oldu

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova, İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, o, döşəmə üzərində sərbəst hərəkətlərə görə 14,200 xal alıb. 18 yaşlı idmançının əkiz bacısı Cenifer Qədirova 13.166 nəticə ilə 7-ci olub.

Cesika bundan əvvəl çoxnövçülükdə bürünc medal qazanıb. Bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk mükafatı olub.

Həmin kateqoriyadan