Qar çatışmazlığı yarışı yarımçıq qoydu

Biatlon üzrə birlik kubokunun altıncı mərhələsi qar olmaması səbəbindən ləğv olunub.

Allsport.az xəbər verir ki, yarışlar martın 30-dan aprelin 6-dək Murmanskda keçirilməli idi.

Lakin regionda qarın tez əriməsi nəticəsində trasın təhlükəsizlik tələblərinə cavab vermədiyi bildirilib. Eyni səbəbdən ənənəvi Murmansk xizək marafonu da ləğv edilib.

Mövsümün yekunlarına görə, beş mərhələnin nəticələri əsasında baş mükafatın sahibləri müəyyənləşib. Kişilərin mübarizəsində Eduard Latıpov, qadınlar arasında isə Kristina Reztsova birlik kubokunun qalibi olublar.

Həmin kateqoriyadan