- Baxış sayı: 63
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 158
- Dekabr 05, 2025
- 0
Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” evdə Çex Respublikasının “Slovan” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma start götürən kimi çexlər hesabı açıblar. Yan Sikoranın 10-cu saniyədə vurduğu qol həm də Avroliqanın tarixinə düşüb. Belə ki, bu qol sözügedən turnirdə ən erkən qol olub.
“Qarabağ” bu qola tez cavab verib. 2-ci hissədə “Slovan” yenidən hesabda önə keçib. Amma Azərbaycan çempionu son saniyələrdə kapitan Rəşad Sadıqovun vurduğu qolla məğlubiyyətdən xilas olub – 2:2.