- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Sabah Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Allsport.az sayt xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək “Qarabağ”ın da rəqibi bilinəcək. “Atlılar” kimi, Çempionlar Liqasının 3-cü ələməsini məğlub başa vuran daha 14 komandanı artıq həlledici mübarizəni gözləyir.
Həmin klublar bunlardır: “Fənərbağça” (Türkiyə), “Şaxtyor” (Ukrayna), PAOK, “Olimpiakos” (hər ikisi – Yunanıstan), “Anderlext” (Belçika), “Sparta” (Çex Respublikası), “Astana” (Qazaxıstan), “Astra” (Rumıniya), “Partizani” (Albaniya), “Trençin” (Slovakiya), BATE (Belarus), “Rusenborq” (Norveç), “Dinamo” (Gürcüstan), “Srvena Zvezda” (Serbiya).
Bu klublara Avropa Liqasının üçüncü təsnifat mərhələsini qalib başa vuracaq komandalar da qoşulacaq. Hansı ki, onların arasında səfərdə Fransanın “Lill” klubu ilə 1:1 bərabərə qalmış və bu gün cavab oyununu keçirəcək “Qəbələ” də var.