- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Avropa gimnastikasının prezidenti kimi mənə göstərilən etimada görə hamınıza minnətdarlığımı bildirirəm. Dördillik planı nəzərdən keçirdik və qarşıda duran məqsədlər hamımıza aydındır”.
Allsport.az saytı xəbər verir ki, bunu Fərid Qayıbov yenidən quruma prezident seçilməsi və gələcək planları barədə qeydində yazıb. Azərbaycanın gənclər və idman naziri, qarşıda olimpiya dövrünə qısa müddət qalması və bundan maksimum yararlanmalı olduqlarını söyləyib:
“Addımlarımız səmərəli və qətiyyətli olmalıdır. Birlik və harmoniya şəraitində çalışsaq, buna nail ola bilərik. Əminəm ki, yeni komanda ilə gimnastların mənafeyi naminə bu idman növünün şəraitini və mühitini daha da yaxşılaşdıra biləcəyik”.
O, 2017-ci ildən Avropa gimnastikasının prezidenti vəzifəsini icra edir.