- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Cüdoçular kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirir.
Allsport.az xəbər verir ki, milli komandaların təlim-məşq mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub. Onlar mötəbər yarışa Türkiyə cüdo federasiyasının təhsil direktoru, VI dan qara kəmər sahibi Məhəmməd Yılmazın rəhbərliyi altında hazırlaşırlar.
Avropa çempionatı 31 may – 1 iyunda Riqada keçiriləcək. Qitə yarışında Azərbaycanı “nage-no-kata” və “katame-no-kata” kata formaları üzrə 4 idmançı təmsil edəcək.
Cüdoçular turnirdən öncə, 28–30 mayda Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.